“Bəzi hərbçilərlə bağlı həm Baş Prokurorluqda, həm də Dövlət Təhlükəsizlik Xidmətində araşdırma gedir” - hərbi prokuror


“Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”.


Bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib. Onun sözlərinə görə, II Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb və bu, əslində millətin ruhundan xəbər verir.

X.Vəliyev qeyd edib ki, II Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı açılan cinayət işlərinin bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir: “Cinayət işlərinin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsəzliyi Xidmətində araşdırılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu