Rusiyalı diplomat: “Laçın dəhlizinin açılması üçün danışıqlar aparılır”


“Rusiyanın səyləri nəticəsində “Dağlıq Qarabağ”ın qaz təchizatını bərpa etmək mümkün olub. Laçın dəhlizinin açılması ilə bağlı danışıqlar hələ də davam edir”.


AFN.az xəbər verir ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ilə bağlı aparılan müzakirələr zamanı belə deyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə Azərbaycan və Ermənistan tərəfləri ilə təmas quraraq Laçın dəhlizi ilə nəqliyyatın hərəkətinin bərpası üçün bütün lazımi səyləri göstərir.
“Biz Laçın dəhlizinin bağlanmasından narahatıq. O, qarşıya qoyulmuş məqsədi yerinə yetirən Rusiya sülhməramlılarının nəzarəti altındadır. Ancaq öhdəliklər yalnız Rusiya Federasiyasına aid deyil”-deyə Yevstiqneyeva bildirib.
O, həmçinin qeyd edib ki, üçtərəfli bəyanat imzalanarkən (10 noyabr 2020-ci il) tərəflər öhdəliklərini yerinə yetirmək üçün öhdəlik götürüblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu