Peskov: "Putinin Türkiyə səfərinin gündəmində ikitərəfli əlaqələr və Ukrayna olacaq"


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəy

ə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq.



Peskov Putinin bu ay baş tutması gözlənilən Türkiyə səfəri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

Səfərin mümkün tarixi ilə bağlı danışan Peskov, "Səfər tarixini vaxtında açıqlayacağıq" deyib.

Səfər zamanı bir çox məsələlərin müzakirə olunacağına işarə edən Peskov, "Bu danışıqların hər biri gündəm baxımından çox zəngindir. Bu, təbii ki, ilk növbədə Rusiya-Türkiyə ikitərəfli əlaqələri, ticarət və iqtisadi əməkdaşlıq əlaqələrini əhatə edəcək. Səfər zamanı regional məsələlər, o cümlədən Ukrayna da müzakirə olunacaq” vurğulayıb.

Türkiyə ilə Rusiya arasında ticarət əlaqələri mövzusuna da toxunan Peskov, "Türkiyə bu mövzuda çox prinsipial və müstəqil mövqe tutan azsaylı ölkələr arasındadır. Bizimlə ticari və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir" ifadələrini işlədib.

Bəzi Qərb ölkələrinin bu mövzuda Türkiyəyə təzyiq göstərdiyinə diqqət çəkən Peskov, "Türkiyəyə Anglosaksonlar tərəfindən çox təkəbbürlü bir şəkildə təzyiq edilir. Türkiyəni tamamilə qopmasa da, minimuma endirməyə məcbur etməyə çalışırlar, amma Türkiyə öz suverenliyini qoruyur” qiymətləndirməsini edib.

Qeyd edək ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu