Rəisi: "Biz müharibəyə başlamayacağıq, lakin zülmə sərt cavab verəcəyik"


İran prezidenti İbrahim Rəisi ölkəsinin müharibəyə başlamaq niyyətində olmadığını, lakin istənilən tiranlığa sərt cavab verəcəklərini bildirib.


İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Rəisi Fars körfəzi sahillərində yerləşən Hörmüzqan vilayətinə səfəri zamanı ictimaiyyətə müraciət edib.

Son günlərdə ABŞ ilə artan gərginliyə toxunan Rəisi, "Biz müharibəyə başlamayacağıq, amma zalım bir ölkə və ya güc hər hansı bir zorakılıq etmək istəsə, İran onlara sərt cavab verəcək" deyib.

Yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz təyyarə ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri həlak olub, 40-dan çox əsgər yaralanıb.

ABŞ rəsmiləri, xüsusilə prezident Co Bayden İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib.

İran sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, "Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır" ifadəsini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu