Mahmud Abbas hökumətin istefasını qəbul edib


Fələstin prezidenti Mahmud Abbas baş nazir Mohammed Ştayyehin təklif etdiyi istefanı qəbul edib.



Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, Abbas Ramallahda Ştayyeh ilə görüşüb.

Hökumətin istefasını qəbul edən Abbas Ştayyeh və kabinetdəki nazirlərdən yeni hökumət qurulana qədər müvəqqəti hökumət kimi fəaliyyətlərini davam etdirmələrini istəyib.

Fələstinin baş naziri Mohammed Ştayyeh bu gün Ramallahda keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında istefa ərizəsini prezident Mahmud Abbasa təqdim etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu