Avropa Parlamenti Qəzzada dərhal və daimi atəşkəs çağırışı edib


Avropa Parlamenti (AP) ilk dəfə olaraq İsrailin hücumlarını davam etdirdiyi Qəzzada “dərhal və daimi atəşkəs” çağırıb.



AP Baş Assambleyasında “Dünyada insan haqları və demokratiyanın vəziyyəti və Aİ-nin buna dair siyasəti” mövzusunda hazırlanan 2023-cü il hesabatı lehinə 265, əleyhinə 253 və bitərəf 10 səslə qəbul edilib.

AP-dəki Sol Qrup üzvlərinin dəyişiklik tələb etdiyi hesabatın 62-ci maddəsinə “Qəzzada dərhal və daimi atəşkəs" çağırışı əlavə edilib.

Yenidən işlənmiş və təsdiqlənmiş yeni hesabata “Aİ, onun üzv dövlətləri və beynəlxalq ictimaiyyət, xüsusən də hər kəsin qida və suya fasiləsiz çıxışını təmin etmək üçün Qəzza zolağında təcili və daimi atəşkəsə çağırılır” daxil edilib.

Belə ki, AP ilk dəfə olaraq Qəzzada atəşkəsə çağırıb. Yanvarın 18-də qəbul edilən qərarda “daimi atəşkəs” bütün məhbusların azad edilməsi və HƏMAS-ın ləğvi şərti qoyulub.

Baş Assambleyanın dünən sözügedən hesabatla bağlı iclasında bir çox millət vəkili Qəzzanın hesabata daxil edilməməsini tənqid edib və Aİ-ni İsraili törətdiyi cinayətlərə baxmayaraq cəzasız qoymaqda günahlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu