Azərbaycan həmin yüksəkliklərə ona görə nəzarət edir ki... - ŞƏRH


Paşinyan 4 kəndi Azərbaycana qaytarmağa hazırdır, lakin bunun əvəzində Azərbaycan ordusunun sərhəddəki strateji yüksəkliklərdən çəkilməsini istəyib. Bu barədə erməni mənbələrində məlumat yayılıb. Bu mümkündürmü? Sərhəddəki strateji yüksəkliklər 4 kəndə görə boşaldıla bilərmi?


AFN.az-a məsələ ilə bağlı danışan politoloq Turan Rzayev bildirdi ki, bu tip məsələlər danışıqlar zamanı tərəflər arasında müzakirə edilməlidir: “Əgər Paşinyan bunu açıqlayıbsa, deməli, əslində heç belə bir niyyəti yoxdur. Bu, strateji məsələdir və iki ölkə arasında müzakirəyə ehtiyacı var. Paşinyan niyəsə bunu publik açıqlayır və regionda marağı olan ölkələr ya bunu dəstəkləyəcək, ya da qarşı çıxacaq. Belə olan təqdirdə məsələnin həlli yenə uzanacaq. Hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşləri keçirilir və növbəti görüşlərdə əslində Paşinyan bunu layihə kimi təqdim edə bilərdi. Hətta bu təqdimat olsaydı nəticəvi müzakirə də ola bilərdi. Azərbaycan həmin yüksəkliklərə ona görə nəzarət edir ki, Ermənistan tərəfi o ərazilərdən istifadə edib təxribatlara yol verirdi. O kəndlər onsuz da Azərbaycanın əraziləridir, onların qaytarılması qeyd-şərtsiz baş tutmalıdır. Bununla belə, biz bunu danışıqlar predmeti kimi müzakirə edirik, danışıqlar yolu ilə həll etmək istəyirik. Paşinyanın bunu açıq şəkildə deməsi doğru deyil. Azərbaycanın bununla razılaşması mümkün deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu