Paşinyan 4 kənddən alver predmeti kimi istifadə etmək istəyir, lakin... - politoloq


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır.


AFN.az xəbər verir ki, bu barədə Erməni mənbələrində məlumat yayılıb. Lakin o da qeyd edilib ki, Paşinyanın bunun əvəzində Azərbaycandan istəyi var. Belə ki, Ermənistanın baş naziri 4 kəndi qaytarmağın müqabilində Azərbaycanın sərhəddə ordumuzun nəzarətində olan strateji yüksəklikləri tərk etməsini istəyib. Bu mümkündürmü?

Məsələ ilə bağlı şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, belə bir addımın atılması mümkün deyil. Çünki həmin yüksəkliklər dövlətimiz üçün strateji əhəmiyyət daşıyır: "Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur".
E.Şahinoğlunun fikrincə, Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalı. Politoloqa görə, bu, iki dövlət arasında davam edən sülh danışıqlarında müsbət atmosfer formalaşmasına səbəb olacaq: "Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu