Ermənistanın Böyük Britaniya ilə yaxınlaşması Azərbaycana nə vəd edir? - ŞƏRH


Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertin İrəvana səfər edib. O, burada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.


Bu səfər və keçirilən görüş Azərbaycanda birmənalı qarşılanmayıb. Bəzi müşahidəçilər hesab edirlər ki, bu, iki ölkə arasında fərq qoymaqdır. Üstəlik, bunun Azərbaycanla Böyük Britaniyanın münasibətlərinə xələl gətirə biləcəyini düşünənlər də var.
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, Leo Doçertin İrəvana səfərindən narahat olmağa dəyməz: "Böyük Britaniyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır, təkcə BP şirkətinin məmləkətimizdəki böyük layihələrinə ortaq olmasını və qazandığı milyardları xatirlatmaq kifayətdir. Bunun nəticəsidir ki, London İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı narahat edə biləcək heç bir bəyanat yaymadı. Böyük Britaniyalı diplomat Nikol Paşinyanla strateji dialoqun başlanması, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib. Əgər Ermənistanın Rusiyadan uzaqlaşmasında Böyük Britaniyanın da payı olacaqsa, bunun özü həm bölgə, həm də Azərbaycan üçün faydalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu