Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq - ŞƏRH


“Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var” – bunu Böyük Britaniyanın böyükləri deyib. Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları olmasaydı, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı.


AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, London İkinci Qarabağ müharibəsində Fransa kimi mövqe sərgiləmədi: "Bəs nə baş verdi ki, London bu dəfə “əbədi maraqlarına” tərs addım atdı? Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisi eyni ilə digərləri kimi Azərbaycana “yolun açılmasıyla” bağlı çağırışa qoşuldu. Halbuki, Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş. Azərbaycanın Böyük Britaniyadakı səfiri kimdirsə, bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu