London ABŞ hakimiyyətindən asılı olmayaraq Ukraynanı dəstəkləyəcək - Qrant Şapps
London ABŞ seçkilərinin nəticələrindən asılı olmayaraq Ukraynanı dəstəkləyəcək.
AFN.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şaps BBC-nin efirində bildirib. “Biz Respublikaçıların praymerizində nə baş verdiyini görənə qədər bir müddət keçəcək, lakin biz Ukraynadakı dostlarımızla çiyin-çiyinə durmağa davam edəcəyik. ...Mən səmimi qəlbdən inanıram ki, Ukrayna prezidenti Zelenskinin bu həftə dediyi kimi, əslində amerikalılar Ukraynanın demokratik dövlət olaraq qalmasını təmin etmək onların və bütün dünyanın maraqlarına uyğun olduğuna inanırlar”, - deyə cənab Şapps bildirib. O, bunları jurnalistin "ABŞ-ın növbəti prezident seçkilərində Ukraynanı dəstəkləmək istəməyən respublikaçı qalib gəlsə, Böyük Britaniya necə reaksiya verəcək?" sualını cavablandırarkən deyib.
Müdafiə Nazirliyinin rəhbəri Böyük Britaniyanın Ukraynanı sursatla təmin etməkdə davam etdiyini bildirib, həmçinin Londonun F-16-ları idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək niyyətində olduğunu xatırladıb. Cənab Şapps əlavə edib ki, 2023-cü ilin sonuna qədər 30 min ukraynalı hərbçi təlim keçəcək.
Sentyabrın 24-də Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Ron DeSantis deyib ki, Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun təhlükəsizlik maraqlarına cavab vermir. Onun fikrincə, Ukraynanın alyansa daxil olması ABŞ-a yeni lazımsız öhdəliklər əlavə edəcək. O, bir daha bəyan edib ki, Ukraynaya “boş çeklər” verilməsinin tərəfdarı deyil.