Borrell: Aİ Ukraynanı dəstəkləməyə davam edəcək


Avropa İttifaqı xarici işlər nazirlərinin Kiyevdəki görüşü tarixi hadisədir və Ukraynaya güclü dəstək mesajı göndərir.


AFN.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Josep Borrell ilə birgə mətbuat konfransında bildirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borell bildirib ki, Aİ nazirləri Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi sülh planını öyrənəcəklər. “Bu, Aİ-nin Ukraynanı necə dəstəklədiyini və bunu necə davam etdirəcəyimizi anlamaq üçün bir növ beyin fırtınasıdır” - deyə Borell qeyd edib.

O əlavə edib ki, Aİ xarici işlər nazirləri öz öhdəliklərini və Aİ-nin Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsində Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduqlarını nümayiş etdirmək üçün Kiyevə gəliblər: “Belə görüşlər qeyri-rəsmi adlanır, çünki birincisi, onlar Aİ hüdudlarından kənarda keçirilir, ikincisi, razılaşdırılmış nəticə və qərarların əldə edilməsi məqsədi daşımayan yüksək səviyyəli siyasi debatlar hesab olunur”.

Borell həmçinin əmin edib ki, Aİ Ukraynanı dəstəkləməyə davam edəcək: "Amerikalı müttəfiqlərimiz və dostlarımızla onların da Ukraynanı dəstəkləməyə davam etmələrini təmin etmək üçün danışıqlar aparırıq. Mən əminəm ki, qərara yenidən baxılacaq və hamı Ukraynanın tərəfində olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu