Britaniya Ukraynaya daha çox uzaqmənzilli silahlar verəcək
Böyük Britaniyanın baş nazir Rişi Sunak Britaniya hökumətinin Ukraynanı daha çox uzaqmənzilli silahla təmin etmək qərarına gəldiyini bildirib.
AFN.az xəbər verir ki, baş nazirin Ukrayna prezidenti Vladimir Zelenskinin bu gün Londona səfəri zamanı yeni tədarükləri açıqlayacağı gözlənilir. “Belə bir addımın əsas məqsədi Rusiyanın Ukrayna hədəflərinə zərbələr endirmək qabiliyyətini pozmaq, həmçinin Ukrayna cəbhələrində təzyiqi azaltmaqdır”, - deyə Sunak bildirib.
Britaniya Ukrayna hərbi pilotlarına və dəniz piyadalarına təlim keçmək, həmçinin hərbi texnikanın Kiyevə çatdırılmasını sürətləndirmək qərarı alıb.