Böyük Britaniyanın müdafiə naziri Kiyevə gəlib


Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gəlib.



Bu barədə X sosial şəbəkəsindəki səhifəsində siyasətçinin özü yazıb.

"Mən bütün demokratik dünyaya həyəcan təbili çalmaq üçün Kiyevdəyəm. Ukraynanın bu döyüşdə qalib gəlməsini təmin etməliyik", - deyə Şapps Ukrayna paytaxtından çəkilmiş videoda bildirib.

Müdafiə naziri əlavə edib ki, Böyük Britaniya Ukrayna üçün bu günə qədər ən böyük hərbi dəstək paketini təmin etməklə çox şey edib. Onun fikrincə indi başqa ölkələr də eyni şeyi etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu