Böyük Britaniya Ukrayna üçün dronların maliyyələşdirilməsini 416 milyon dollara çatdırıb


Böyük Britaniya Ukraynaya əvvəllər planlaşdırılan 4 min əvəzinə 10 mindən çox pilotsuz təyyarə tədarük edəcək.



Bu barədə nazir Qrant Şapps martın 7-də Kiyevə üçüncü səfəri zamanı bildirib.

“Mən Ukraynanı birbaşa Böyük Britaniyanın dünya üzrə aparıcı müdafiə şirkətlərindən, fabriklərdən birbaşa cəbhə xəttinə qədər gələn yeni, ən müasir pilotsuz təyyarələrlə təchiz etmək öhdəliyimizi gücləndirirəm. Beynəlxalq tərəfdaşları bu səylərdə Böyük Britaniyaya qoşulmağa çağırıram”, - nazir departamentin saytında dərc olunan bəyanatda bildirib.

Bəyanatdan məlum olduğu kimi genişləndirilmiş yardım paketi ilk növbədə FPV pilotsuz təyyarələrin alınmasına yönəldiləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu