Böyük Britaniya Ukraynanın Rusiyaya birləşməsinə razıdır?


Rusiya NATO-ya daxil olmasa, Ukraynanı hissə-hissə ilhaq edə bilər.


Bu ssenarini Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının keçmiş sədr müavini Maykl Eşkroft "The Telegraph" üçün yazdığı məqalədə irəli sürüb.

“Ukraynanın NATO-nun tamhüquqlu üzvü olmasına və bununla bağlı riskləri öz üzərinə götürməsinə icazə vermək, Rusiyaya Ukraynanı hissə-hissə və ya tam şəkildə ilhaq etməkdən daha yaxşıdır”, - deyə siyasətçi vurğulayıb.

O, Şimali Atlantika Alyansının və Qərb tərəfdaşlarının Kiyevə qarşı hərəkətlərini xəyanət adlandırıb, çünki Ukraynanı mümkün qədər tez qəbul etmək vədlərinə baxmayaraq, proses uzana və Ukrayna ordusunun tam məğlubiyyətinə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu