Anders Foq Rasmussen: "Rusiyanın "qırmızı xətləri" NATO-nu maraqlandırmır"
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması məsələsində Rusiyanın qeyd etdiyi “qırmızı xətlərinə” məhəl qoymamalıdılar.
O, bu barədə Almaniyanın RND nəşrinə danışıb.
Keçmiş baş katibin sözlərinə görə, Finlandiya və İsveçi misal çəkərək, "NATO bütün dövlətlər üçün açıq olub və açıq qalacaq" ifadələrini işlədib. Rasmussen qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ölkələrin ittifaqa daxil olmasına veto qoymaq hüququna malik deyil və o, bu məsələdə kənarda qalmalıdır.
Şimali Atlantika Alyansının keçmiş rəhbəri qeyd edib ki, Putinin “qırmızı xətləri” olaraq təyin etdiyi və ya hiss etdiyi şeylər, NATO-nu maraqlandırmır.
Rasmussen həmçinin Ukraynanın NATO-ya “hissə-hissə” daxil olmasına icazə verildiyini qeyd edib.