Seneqal prezidenti aprelin 2-də istefa verəcəyini açıqladı


Seneqal prezidenti Macky Salle bu il aprelin əvvəlində istefa verəcəyini açıqlayıb.



O, bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verib.

“Əlavə etmək istəyirəm ki, əvvəllər də qeyd etdiyim kimi, aprelin 2-də vəzifəmdən istefa verəcəyəm. Tarix dəqiq müəyyən edilib”, - mesajda deyilir.

Seneweb portalı xəbər verir ki, bundan əvvəl Seneqal parlamenti hazırkı prezidentin səlahiyyətlərinin uzadılması ilə seçkilərin 2024-cü il fevralın 25-dən dekabrın 15-nə təxirə salınmasını təsdiqləyib. Eyni zamanda Sal bu seçkilərdə iştirak etməyəcəyini iddia edib. Fevralın 3-də televiziya ilə çıxışında o, bu qərarın namizədlərin dəqiq siyahılarını müəyyən etmək mümkün olmadığı üçün verildiyini deyib. İlkin olaraq bura 20 nəfər daxil olsa da, Konstitusiya Şurası bir neçə müxalifət nümayəndəsinin seçkilərdə iştirakına icazə verməyib.

Bu qərarın ardınca bir neçə irimiqyaslı etiraz aksiyası keçirilib, mobil internet kəsilib, şəxsi avtomobillərdən istifadəyə məhdudiyyətlər qoyulub, 150-dən çox insan saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu