Seneqalda baş verə biləcək küçə insidentlərinin qarşısını almaq üçün mobil internet kəsilib


Seneqalda fevralın 25-də keçiriləcək prezident seçkilərinin təxirə salınmasına cavab olaraq baş verə biləcək küçə insidentlərinin qarşısını almaq üçün ölkədə mobil internet bağlantısı kəsilib.



Rabitə Nazirliyindən verilən açıqlamada sosial mediada ictimai asayişi pozacaq nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil internetin müvəqqəti olaraq kəsildiyi açıqlanıb.

Seçki dekabrın 15-nə təxirə salındıqdan sonra 20 prezidentliyə namizəddən 13-nün dəstəklədiyi “Aar Sunu Seçki” adlı birgə kollektivin bu gün təşkil edəcəyi etiraz aksiyası da təhlükəsizlik səbəbi ilə qadağan edilib.

Fevralın 9-da ölkə daxilində prezident seçkilərinin təxirə salınmasına etiraz olaraq keçirilən nümayişlər zamanı polislə fəallar arasında qarşıdurma yaşanıb, polis nümayişçilərə tez-tez bibər qazı ilə müdaxilə edib.

Ölkə daxilində baş verən nümayişlərdə 3 nəfər həyatını itirib.

Seneqal prezidenti Macky Sall fevralın 3-də qanunvericilik və məhkəmə sistemi arasındakı böhran səbəbilə fevralın 25-də keçiriləcək prezident seçkilərini təxirə salacağını açıqlamışdı və bu qərar başda vətəndaş cəmiyyəti olmaqla bir çox təbəqənin sərt reaksiyasına səbəb olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu