Seneqalda martın 24-də prezident seçkiləri keçiriləcək


Seneqalda prezident seçkiləri martın 24-də keçiriləcək. Namizəd olan baş nazir Amadu Ba seçki fəaliyyəti ilə əlaqədar vəzifəsini tərk edib.



Nazirlər Kabinetindən verilən açıqlamada seçkinin martın 24-də keçirilməsinə qərar verildiyi bildirilib.

Qeyd edilib ki, prezidentliyə namizəd olan baş nazir Amadu Ba seçki fəaliyyəti ilə əlaqədar vəzifəsini tərk edib.

Banın yerinə daxili işlər naziri Sidiki Kaba baş nazir təyin edilib.

Digər tərəfdən Milli Dialoq yığıncaqlarından sonra təyin olunan 2 iyun tarixi də Konstitusiya Şurası tərəfindən rədd edilib.

Konstitusiya Şurası prezident seçkilərinin martın 31-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiya Şurası və Nazirlər Şurası iki ayrı tarix elan etdikdən sonra hökumət mənbələri seçkinin martın 24-də keçiriləcəyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu