Məhəmməd Dionne vəfat etdi
Seneqalda keçmiş baş nazir və prezidentliyə namizəd Məhəmməd Dionne vəfat edib.
64 yaşlı Dionne müalicə aldığı Parisdə dünyasını dəyişib.
Xatırladaq ki, martın 24-də Bassirou Diomaye Fayenin qalib gəldiyi prezident seçkilərində namizəd olan Dionne xəstəliyi səbəbindən seçki kampaniyasını yarımçıq qoymuşdu.
Qeyd edək ki, Dionne 2014-2019-cu illərdə əvvəlki prezident Makki Sallın hakimiyyəti dövründə baş nazir vəzifəsində çalışıb.