Seneqal prezidentindən amnistiya açıqlaması


Seneqal prezidenti Macky Sall siyasi məhbusları əhatə edən ümumi amnistiya qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb.



Prezident Sall prezident seçkilərinin təxirə salınmasından sonra yeni seçki tarixini müəyyən etmək üçün 2 günlük milli dialoq danışıqlarına başlayıb.

Paytaxt Dakarın 30 kilometrliyindəki konqres mərkəzində keçirilən görüşlərdə Sall iyulda seçkini təşkil etmək istədiyini bildirib.

Sall heç bir şəxsi marağının olmadığını vurğulayaraq, seçkini ən uyğun mühitdə keçirməyə çalışdığını vurğulayıb.

Danışıqlar nəticəsində ortaq bir tarix təyin edəcəklərinə inandığını bildirən Sall, milli barışıq çərçivəsində ümumi amnistiya elan etmək istədiyini və çərşənbə günü müvafiq qanun layihəsini parlamentə təqdim edəcəkləri barədə məlumatı paylaşıb.

Sall qanun layihəsinin 2021-2024-cü illər arasında siyasi nümayişlərdə həbs olunanları əhatə edəcəyini vurğulayıb

Milli dialoq danışıqlarının ilk günündə 19 prezidentliyə namizəddən yalnız ikisi iştirak edib. 16 müxalifət namizədi Sallın seçkini təxirə salma qərarına sərt reaksiya verib və danışıqlara qatılmayacaqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu