Hollandiya Ukrayna ilə 10 illik təhlükəsizlik müqaviləsi imzalayıb


Hollandiyanın baş naziri Mark Rutte Xarkovda səfərdə olarkən Ukrayna hakimiyyəti ilə 10 illik təhlükəsizlik müqaviləsi imzalayıb.



Bu barədə martın 1-də RTL Nieuws məlumat yayıb.

Qeyd olunur ki, sənəddə Kiyevə hərbi yardımın göstərilməsi, eləcə də Ukraynada müdafiə sənayesi və kiberdavamlılığın gücləndirilməsi ilə bağlı müddəalar var.

Rutte səfərdən sonra mətbuata açıqlamasında müqavilənin həm də Ukrayna ordusu ilə NATO arasında əməkdaşlığı yaxşılaşdırmaq məqsədi daşıdığını deyib.

Bundan əlavə, Hollandiya və Ukrayna Rusiyaya daha çox təzyiq göstərmək üçün sanksiyalardan istifadə etməyə davam etmək barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu