ABŞ, Rusiya və Çin UNWRA-nın əhəmiyyətini vurğulayıb - BƏYANAT


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üç daimi üzvü, ABŞ, Rusiya və Çin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) humanitar missiyasını davam etdirməsinin əhəmiyyətini vurğulayan bəyanatlarla çıxış ediblər.



BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında UNRWA-nın bəzi əməkdaşlarının HƏMAS-a bağlı olduğu iddiaları və qurumun gələcəyi ilə bağlı müzakirələr aparılıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia BMT Təhlükəsizlik Şurasındakı çıxışında UNWRA-nın Qəzzada rolunun əvəzsiz olduğunu vurğulayaraq, təşkilatın bəzi üzvlərinə qarşı irəli sürülən ittihamlarla bağlı hələ də heç bir dəlil təqdim edilmədiyini diqqətə çatdırıb.

Nebenzia çıxışında “Biz UNWRA-nın Qəzzada humanitar yardımın paylanması və qayğının davamlılığının təmin edilməsində əvəzsiz rolunu tanıyırıq” deyib.

Oktyabrın 7-dən bu yana UNWRA-nın 178 əməkdaşının İsrailin hücumları nəticəsində həyatını itirdiyini xatırladan Nebenzia, "Sizi agentliyin əməkdaşlarının qəhrəmanlığını qiymətləndirməyə çağırırıq. Onlar öz humanitar vəzifələrini qeyri-insani şəraitdə yerinə yetirməyə çalışırlar" deyə qeyd edib.

Bəzi donorların UNRWA-nın əməkdaşlarının HƏMAS ilə əməkdaşlıq etdiyi iddialarına görə ona ayrılan maliyyəni dayandırmaq qərarının anlaşılmaz olduğunu bildirən Rusiya nümayəndəsi agentliyi dezinformasiya kampaniyaları ilə gözdən salmaq cəhdlərini qəti şəkildə pislədiklərini vurğulayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud UNWRA-nın Qəzzada humanitar yardımın fəaliyyətində vazkeçilməz roluna toxunaraq, qurumla bağlı araşdırmaların ən qısa zamanda yekunlaşdırılmasını gözlədiklərini söyləyib.

"Birləşmiş Ştatlar ciddi ərzaq təhlükəsizliyindən və gözlənilən aclığın real riskindən ciddi şəkildə narahatdır. UNRWA-nın bu vəziyyəti geri qaytarması çox vacibdir", - Vud bildirib.

"Birləşmiş Ştatlar UNRWA-nın lazım olduğu müddətcə fəaliyyət göstərməsi üçün islahatların həyata keçirilməsi üçün UNRWA, digər donorlar və ev sahibi ilə işləməyə davam edəcək", - deyə amerikalı diplomat əlavə edib.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən digər daimi üzv olan Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq “UNWRA Fələstinə qarşı humanitar müdaxilənin dayağıdır” deyib.

Şuanq bildirib ki, agentliyin yardım səylərinə son qoymaq Qəzzadakı insanlar üçün son həyat xəttini kəsmək demək olacaq.

Çinli diplomat Qəzzaya bağlı bütün quru keçidlərinin humanitar yardım materialları üçün açılmasını istəyib və ABŞ-ı bu məsələdə ədalətli mövqe tutmağa və səmimi səy göstərməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu