Gürcüstan XİN: Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq




Gürcüstan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident” və “parlament” seçkilərini tanımır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu və beynəlxalq səviyyədə qəbul edilmiş norma və hüquq prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu