Ukrayna XİN Qarabağdakı qondarma rejimin keçirdiyi "prezident seçkiləri"ni pisləyib


Ukrayna Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma rejimin "keçirdiyi prezident seçkiləri"ni pisləyib.

“Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ (Azərbaycan Respublikası) ərazisində qondarma “prezident seçkiləri”nin keçirilməsini pisləyir. Bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və onların nəticələri əhəmiyyətsizdir" - deyə qurumun bəyanatında bildirilir.

Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu bəyan edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu