XİN: Gürcüstan qondarma “DQR”dəki "seçkiləri" tanımır




Gürcüstan qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstan Azərbaycan Respublikasının bu bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin ikinci mərhələsini də tanımır.

“Gürcüstan Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyir, həmçinin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”,- məlumatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu