Baş redaktordan deputata etiraz: “İnsanları nadan adlandırmaq doğru deyil”




“Bəzi adamlar xüsusi karantin rejiminin fövqəladə vəziyyətlə əvəzedilməsi təklifini verməklə sanki bir biriylə yarışa çıxıblar. Daha çox kim bu ifadəni səsləndirəcək deyə, bir yarış başlanıb. Karantin rejiminin vediyi hüquqlar çərçivəsində evdən çıxanlardanam və müşahidə aparmaq da peşəmdən irəli gəlir”. İnsanlarımız karantin rejiminin tələblərinə əsaslı şəkildə əməl edir”.



Bu sözləri özünün “facebook” səhifəsində Cebhe.info protalının və “Cümhuriyət”ə qəzetinin baş redaktoru Rəfail Becanov yazıb. Onun sözlərinə görə, karantin rejiminə əməl edilir: “İnsanlarımız karantin rejiminin tələblərinə əsaslı şəkildə əməl edir. Küçələr bom-boşdur. Ara-sıra gözə dəyən adamlar var, bir də maşınlardır ki, onların da sahibləri icazəli olmasa, yol polisinin və karantin rejiminə nəzarət edən qurumun cəriməsindən qurtula bilməzlər qənaətindəyəm. Çünki şəxsən özüm həmin yoxlamalardan keçirəm. İlk gündən hesab etmişəm ki, insanlarımız təkcə karantin rejiminin qaydaları sərtdir deyə yox, həm də öz sağlamlıqlarına görə bu qərarlara sayğılıdır. Bu yaxınlarda, sərt karantin rejiminin tətbiqindən əvvəl supermarketlərin birindəydim. Həmin supermarketdə bir nəfər maskasız adam yox idi. Hər kəs ara məsafəsinə əməl etməyə çalışırdı. Marketə daxil olarkən dezinfeksiyaedici məhluldan istifadə edənləri, əlcək geyənləri görəndə içimdə insanları aşağılayanları çox qınadım. Ən yüksək səviyyədə, Prezident və Birinci Vitse-prezident səviyyəsində edilən müraciətlər öz bəhrəsini verib. İnsanlar başa düşür ki, gözəgörünməz düşmənlə üz-üzəyik. Bu virus erməni qədər və bir az da artıq təhlükəli düşməndir. Səngərdə belə ondan daldalanmaq mümkün deyil. Ona görə də hər kəs özlüyündə bu çağırışlara qoşulmaqla, sayğılı davranmaqla vəziyyətdən çıxa biləcəyimizi qəbul edir”.

“Əndişə yaratmaq lazım deyil”

Baş redaktor hesab edir kİ, cəmiyyət məsuliyyətini dərk edir, ona görə də fövqəladə vəziyyətə ehtiyac yoxdur: "Amma bütün bunları görməzdən gəlib, fövqəladə vəziyyətsiz mümkün deyil deyənləri, heç anlaya bilmirəm. Yaxşı, tutaq ki, lap bu adamların dediyi kimi, fövqəladə vəziyyət elan edildi, onda nə olacaq? Kimsə çörək almağa, ərzaq almağa, aptekə getməyəcəkmi? Təxirəsalınmaz bir işin arxasınca çıxmayacaqmı? ASAN Xidmətin yaratdığı icazə sistemi rahat və operativ işləyir. Rahat şəkildə müddətli icazə almaq və işini görüb geri qayıtmaq mümkündür. Fərqli düşünənlərin də, karantin rejiminin tələblərinə, “evdəqal” çağırışlarına əməl etməyənlərin olması da təbiidir. Bunu qəsdən edənlər də, bilməməzlikdən edənlər də var. Ancaq qərarlar və qaydalar işləyir. Karantin rejiminin qərarlarını pozanlar cəzalandrılır. Hər şey tam normaldır, fövqəladə vəziyyət elan edək deyənlər nə istəyir bəs? Yoxsa, bu sözün vahiməsindən bir əndişə yaratmaq, insanlarda hökumətə qarşı mənfi fikir formalaşdırmaqmı istəyirlər? Yaxud Qərbin əlinə dəstəvuz vermək cəhdidir bu? Tam səmimi deyirəm ki, bu adamları anlamıram.

Məsələn, deputat Fəzail Ağamalı deyir ki, fövqəladə vəziyyət elan olunsa məsuliyyətsiz, nadan insanların heç bir şəkildə çölə çıxmaq imkanları olmayacaq: “Fövqəladə vəziyyətə nəzarət üçün yəqin ki, ölkənin hüquq mühafizə orqanlarından başqa silahlı qüvvələrimizin də imkanlarından istifadə edilə bilər. Fövqəladə vəziyyətdə küçəyə çıxan insanlar dərhal həbsxanaya salınır, vəssalam”.

Yaxşı, tutaq ki, belə oldu. Hər evin qarşısında, məhəllənin girişindəmi əsgər dayanacaq? Bu hansı düşüncədir? Bəs bu qədər əsgərləri hardan gətirib şəhərlərə, kəndlərə yerləşdirəcəyik? Yaxud, niyə hamını həbsxanaya salaq ki?”

“İnsanları nadan adlandırmaq doğru deyil”

Baş redaktor hesab edir ki, hazırkı dövrü 30 il qabaqkı zamanla müqayisə etmək də doğru deyil: “Adam daha sonra deyir ki, Azərbaycan 1988-ci ilin dekabrından SSRİ dağlana qədər fövqəladə rejim şəraitində yaşayıb: “O zaman qırılmadıq, indi də evdə oturmaqla bizə heç nə olası deyil. Məsuliyyətsiz və nadan insanları evə yığmağın yeganə yolu fövqəladə vəziyyət rejiminə keçməkdir. Maariflənmə bir çox insanlara təsir etmir”.

Deyən lazımdır ki, ay partiya sədri, nə vaxt bu xalqı maarifləndirdirməyə cəhd etdin ki, indi də nadan adlandırırsan? Əgər insanların maarifləndiriməsi televiziyalarda Ədalət Şükürovların, yaxud 3-5 müğənninin ümidinə qalıbsa, hansı maarifçilikdən danışa bilərik? Özləri Mərdəkanda, Buzovnada, Şüvəlanda, dənizin bir addımlığında 300-500 kvadratmetrlik, 3 mərtəbəli villalarda yaşayanların maarifçiliyini insanlar dinləmək istəmir. Siz isə bu maarifçiliyi edə bilmirsiz.

Fövqəladə vəziyyətlik bir hal yoxdur. Ciddi karantin rejimi var və əməl edən edir, etməyən üçün də dövlətin qaydası var, cəzası var. Nə lazımsa edilir. Söz xatirinə söz demək nəyə lazımdır?”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu