BƏƏ-də helikopter qəzaya uğradı: 2 pilot həlak olub


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özəl təyyarə və helikopter kirayəsi şirkətinə məxsus helikopterin qəzaya uğrayıb. Hadisə nəticəsində 2 pilotun həyatını itirdiyi açıqlanıb.


BƏƏ mediasının məlumatına görə, Mülki Aviasiya İdarəsi ölkədəki Um əl-Qayveyn əmirliyi sahilləri yaxınlığında qəzaya uğrayan helikopterlə bağlı açıqlama verib.

Açıqlamada qəzaya uğrayan helikopterin "AeroGulf" şirkətinə aid olduğu və iki pilotun həyatını itirdiyi bildirilib, həlak olan pilotların yaxınlarına başsağlığı verilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu