Meksikada helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb


Meksikada şəxsi helikopterin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.



Meksika mətbuatında yer alan xəbərə görə, helikopter paytaxt Mexiko şəhərinin Koyoakan bölgəsində qəzaya uğrayaraq alovlanıb.

Hadisə zamanı 3 nəfərin həyatını itirdiyi bildirilib. Əraziyə axtarış-xilasetmə qrupları cəlb edilib.

Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu