1 sərnişinin daşınması “Bakı Metropoliteni”nə neçəyə başa gəlir? - RƏSMİ




“Hər il “Bakı Metropoliteni”nin yeni avadanlaıqlar alması və digər zəruri işlərin görməsi səbəbindən çəkilən xərclərin də miqdarı dəyişir”.

AFN xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında “Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Z.Hüseynov bildirib ki, hər il rəqəmlər dəyişdiyi üçün 1 sərnişinin daşınması üçün çəkilən xərclər də sabit qalmır: “Hazırda 1 sərnişinin daşınması üçün çəkilən xərc 52 qəpik civarındadır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu