Bakı Metropoliteni iyunun 1-i ilə bağlı AÇIQLAMA VERDİ


Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.



AFN xəbər verir ki, bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu