Dünya Meteorologiya Təşkilatı: Bəzi ölkələrdə istilik rekordları qırıla bilər


Ümumdünya Meteorologiya Təşkilatı (WMO) isti dalğası nəticəsində bəzi ölkələrdə milli temperatur rekordlarının qırıla biləcəyini açıqlayıb.


WMO-dan verilən yazılı açıqlamada, intensiv isti dalğalarının ABŞ-ın cənubu, Aralıq dənizi, Şimali Afrika, Yaxın Şərq və bəzi Asiya ölkələrini təsir etdiyi və WMO-nun mümkün yeni temperatur rekordlarını araşdıracağı qeyd edilib.

Açıqlamada bildirilib ki, havaların isti keçməsi nəticəsində ölkə meteorologiya və hidroloji xidmətlər tərəfindən bir sıra gündəlik temperatur rekordları qeydə alınıb.

Qeyd olunub ki, bəzi ölkələrdə milli temperatur rekordları qırıla bilər və bunlar da Ümumdünya Müəssisəsinin Qlobal İqlim Vəziyyəti hesabatına daxil ediləcək.

Açıqlamada, WMO-nun arxivinə görə 10 iyul 1913-cü ildə Kaliforniyanın Ölüm Vadisində dünyada ən yüksək temperaturun qeydə alındığı, 16 avqust 2020-ci ildə və 9 iyul 2021-ci il tarixdə həmin rayonda 54,4 dərəcə ilə ölçülən temperaturun qeydə alındığı bildirilir.

Bildirilib ki, bu təsdiqlənərsə, 1931-ci ildən bəri dünyada müşahidə edilən üçüncü ən yüksək temperatur kimi qeydə alınacaq.

Dünyada ikinci ən yüksək temperatur WMO tərəfindən 1931-ci ilin iyulunda Tunisin Kebili şəhərində 55 dərəcə ilə qeydə alınıb.

Həmçinin qeyd edilib ki, WMO 11 avqust 2021-ci ildə Siciliyada 48,8 dərəcə ölçülən Avropa qitəsi üçün yeni temperatur rekordunu qəbul edib.

Açıqlamada bildirilib ki, ekspert komitəsi temperatur göstəricisinin düzgünlüyünü təsdiqləsə də, tam hesabat hələ dərc edilməyib.

O da bildirilib ki, istilər dalğasının güclənməsi ilə bu rekordun yaxın gələcəkdə qırılacağı ehtimalı var.

Avropa üçün indiyə qədər təsdiqlənmiş ən yüksək temperatur 1977-ci il iyulun 10-da Afinada 48 dərəcə selsi ilə qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu