ABŞ-da həddindən artıq istilərin bütün ölkə boyu narahatlıq yaradacağı proqnozlaşdırılır


ABŞ-dakı Milli Hava Xidməti (NWS) həftələrdir davam edən təhlükəli isti dalğasının xüsusən də ölkənin qərbindən şərq hissəsinə doğru irəliləyəcəyi barədə xəbərdarlıq edib.


"Axios" xəbər saytının məlumatına görə, həkimlər qızmar istilər səbəbindən təcili yardıma müraciət edənlərin sayının artdığını bildiriblər. Həddindən artıq istilərin ABŞ-ın qərbi başda olmaqla Texas və Florida ştatlarında həftələrdir davam edən təhlükəli isti dalğalarının ölkənin şərqinə də təsir edə biləcəyi barədə xəbərdarlıq edilib.

Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) təqribən 78 milyon insanın yaşadığı bəzi bölgələrdə təhlükəli dərəcədə istinin müşahidə oluna biləcəyi barədə həyəcan siqnalı verib.

NOAA məlumatlarına görə, bu il ABŞ-da 15.000-dən çox aşağı temperatur rekordu qeydə alınıb, termometrlər isə təxminən 13.000 dəfə rekord temperatur göstərib.

Texasın El Paso şəhərində havanın temperaturu 38 gün ərzində 38 dərəcəni keçib, Arizona ştatının Feniks şəhəri isə ABŞ-ın bir ayda 38 dərəcədən yuxarı temperaturu müşahidə edən ilk böyük şəhəri olmaq rekorduna sahibdir.

Mayamidə 43 gün ardıcıl olaraq 38 dərəcədən yuxarı olan temperaturun davam edəcəyi bildirilib.

İyulun 22-də Valley of Fire State Parkında həddindən artıq temperatur xəbərdarlığının edildiyi Nevada ştatında 45,5 dərəcə ilə gəzintiyə çıxan iki qadın ölü tapılıb.

Səlahiyyətlilər, həftə sonu temperatur məlumatlarının dünya rekorduna yaxınlaşdığı Kaliforniyanın Ölüm Vadisində 71 yaşlı bir kişinin 49,5 dərəcəyə çatan havada xəstələndikdən sonra aparıldığı xəstəxanada vəfat etdiyini bildirdi.

CDC ölkədə hər il yüzlərlə insanın həddindən artıq istilər səbəbindən öldüyünü bildirir, elm adamları isə real rəqəmin daha çox olduğunu deyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu