Ağ Evdən ABŞ-da aşırı istilərlə bağlı xəbərdarlıq


Ağ Ev ABŞ-da isti dalğasının milyonlarla insana təsir etdiyini qeyd edərək, hazırlıqlı olmağa və təhlükəsiz olmağa çağırıb.


Ölkəyə yayılan isti dalğası ilə bağlı mesaj Ağ Evin sosial media hesabından paylaşılıb.

"Milyonlarla amerikalı həddindən artıq isti dalğaların təsiri altındadır. Biz iqlim dəyişikliyi səbəbindən isti dalğanın intensivliyində və tezliyində artım müşahidə edirik", - deyə mesajda deyilir.

Vətəndaşları hava şəraitinə riayət etməyə çağıran mesajda təhlükəsizlik üçün hazırlıqlı olmaları və lazımi şəkildə hərəkət etmələri istənilib.

Milli Meteoroloji Xidmət (NWS) isə xüsusilə ölkənin qərbində və cənubunda 46 dərəcəyə çata bilən hava istiliyinin "subtropik yüksək təzyiq artımı"ndan qaynaqlandığını açıqlayıb. Region ilk dəfə belə güclü dalğa ilə üzləşir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, ABŞ-da hər il orta hesabla 700 nəfər həddindən artıq istilər səbəbindən ölür.

Qlobal orta temperaturun 17,18 dərəcə olması ilə iyulun 4-ü dünya miqyasında rekord həddə çatan ən isti gün olub.

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin təsirlərinin güclənməsi ilə hava istiliyi artsa da, elm adamları xüsusilə önümüzdəki 6 həftə ərzində temperatur rekordlarının yenidən görünə biləcəyi barədə xəbərdarlıq edir.

Dünya Meteorologiya Təşkilatı da dünən El Nino şəraitinin başladığını və temperatur artımlarının sürətlənə biləcəyini açıqlayıb.

Qlobal orta temperatur daha əvvəl 2016-cı ilin avqustunda 16,9 dərəcə ilə ölçülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu