Hindistanda dang qızdırmasının kəskin yayılması narahatlıq yaradır


Dang qızdırması halları Yeni Dehlidə artmaqdadır.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" şəhərin səhiyyə naziri Saurabha Bhardvacaya istinadən məlumat yayıb. Onun sözlərinə görə, ilin əvvəlindən Hindistanın paytaxtında bu xəstəliyə 187 yoluxma halı qeydə alınıb ki, bu da 2018-ci ildən bu yana rekord göstəricidir. İyun ayında 40-dan çox insan yoluxub, onların əksəriyyəti virusun ikinci serotipi DENV-2-nin daşıyıcısı olub.

“İkinci növ ağır formadır, xəstələr üçün risk yaradır. Hamımız diqqətli olmalıyıq" - deyə Bhardvaca bildirib.

Qeyd edək ki, Taylandın əyalətlərində də dang qızdırmasına yoluxanların sayı artır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu