Puerto Rikoda fövqəladə vəziyyət elan edildi


Puerto-Rikoda artan dang xəstəliyinə yoluxma hallarına görə fövqəladə vəziyyət elan edilib.



Puerto Riko Səhiyyə Nazirliyi ölkədə dang qızdırması hallarının artması ilə bağlı açıqlama verib.

Açıqlamada ilin əvvəlindən bu yana ölkədə ən azı 549 dang qızdırması yoluxmasının aşkarlandığı, əksəriyyətinin paytaxt San Juan şəhərində olduğu, 340-dan çox insanın isə xəstəxanada müalicə aldığı bildirilib.

Xəstəliklərin artması səbəbiylə xalq sağlamlığını qorumaq üçün fövqəladə vəziyyət elan edən açıqlamada, təxminən 3,2 milyon əhalisi olan Puerto Rikoda 2023-cü ildə 1293 dang qızdırmasına yoluxma hadisəsinin baş verdiyi ifadə edilib.

Səhiyyə naziri Karlos Mellado mövzu ilə bağlı verdiyi açıqlamada bu il dang qızdırması hallarının rekord saya çatdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tropik xəstəliklər bölməsinin direktoru Raman Velayudhan fevral ayında açıqlamışdı ki, 2023-cü ildə dünyada 5,5 milyondan çox dang qızdırması aşkarlanıb və bu xəstəlikdən 5 min nəfər ölüb.

Velayudhan 2023-cü ildə Amerika qitəsində 4,5 milyon dang qızdırması yoluxmasının bildirildiyini və bunun bir ildə eyni qitədə görülən ən yüksək rəqəm olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu