Uqandada vəba epidemiyasında 8 nəfər ölüb


İyulun 15-də Uqandada başlayan vəba epidemiyası səbəbindən indiyədək 8 nəfər ölüb.


Uqanda Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin cənub-şərqindəki Namayingo bölgəsində vəba epidemiyası səbəbiylə 8 nəfərin həyatını itirdiyi bildirilir və epidemiyanın qarşısını almaq üçün ictimaiyyətə gigiyena qaydalarına əməl etməyə çağırış edilir.

Ötən il Uqandada vəba epidemiyası nəticəsində azı 20 nəfər ölüb.

Afrika ölkələrindən Burundi, Kamerun, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox təsirlənən ölkələr sırasındadır.

“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu