Zimbabvedə fevral ayından bəri 13 mindən çox vəba hadisəsi aşkar edilib


Zimbabvedə vəba epidemiyasına yoluxanların sayı 13 min 176-ya yüksəlib.


Yerli mətbuatın məlumatına görə, dekabr ayında ölkədaxili səyahətlərin artması səbəbindən epidemiya artıb, həmçinin paytaxt Harare başda olmaqla ölkənin 55 bölgəsində vəba halları aşkarlanıb.

İndiyədək epidemiyadan 221 nəfər ölüb.

Səlahiyyətlilər vətəndaşları vəba epidemiyasına qarşı tədbir görməyə və gigiyenaya diqqət yetirməyə çağırıb.

Dekabrın 17-də Zimbabvenin paytaxtı Hararedə vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

2008-ci ildə ölkədə 100 mindən çox vəba hadisəsinin qeydə alındığı əsas epidemiyada ən azı 4 min insan həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu