Mozambikdə 2 həftə ərzində vəba epidemiyasında 1100 yeni yoluxma aşkarlanıb
Mozambikdə başlayan vəba epidemiyasında son iki həftədə 1100 yeni yoluxma halının aşkarlandığı bildirilib.
Yerli mediada yer alan xəbərə görə, Mozambik Səhiyyə Nazirliyi ölkədəki vəba yoluxmaları ilə bağlı son məlumatları paylaşıb. .
Mozambikin şimalında baş verən epidemiyada son iki həftədə 1100 nəfərin vəbaya yoluxduğu, 2 nəfərin isə epidemiya səbəbindən öldüyü bildirilib.
Digər tərəfdən, ölkənin şimalındakı bir çox bölgədə epidemiya riskinin olduğu vurğulanıb.
Mozambikdə 2022-ci ilin sentyabr ayında başlayan vəba epidemiyası səbəbindən indiyədək 153 nəfər ölüb, 40 mindən çox yoluxma qeydə alınıb.