Bu il Cənubi Koreyada 610 malyariyaya yoluxma halı aşkar edilib


Cənubi Koreyada yanvar ayından bəri 610 malyariya hadisəsi müəyyən edilib.


Bu barədə "Yonhap" Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (KDCA) məlumatlarına əsaslanaraq xəbər verir.

Ötən ilin eyni dövründə ölkədə müşahidə edilən 301 malyariya hadisəsinin təxminən iki dəfə artdığı qeyd edilsə də, 2016-cı ildəki 673 hadisədən sonra ilk dəfə 600-dən çox malyariya hadisəsinin görüldüyü bildirilib.

Davaların artması davam edərsə, ilin sonuna qədər bu rəqəmin 700-ə yüksələ biləcəyi ehtimal edilir.

Malyariya parazit daşıyan ağcaqanadların dişləməsi ilə ötürülür və orta hesabla 7 günlük inkubasiya dövründən sonra büruzə verir. Qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı və zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu