Vaksinsiz uşaqlar məktəblərə buraxılmasın! - Pediatrdan ÇAĞIRIŞ


"Epidemioloji vəziyyəti nəzərə alaraq hazırda peyvəndləmə məcburi olmalıdır və önə çəkilməlidir. 1 yaşda edilməli olan peyvənd 10 aydan etibarən, 6 yaşdakı peyvənd isə 4 yaşdan edilməlidir".


Bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O peyvəndiz uşaqların bağça və məktəbə buraxılmamasının tərəfdarı olduğunu söyləyib: "Yəni hazırda 5 yaşlı uşaq da ikinci dozasını almaq istəyərsə, əlbəttə, poliklinika etiraz edəcək ki, hələ 6 yaş tamam olmayıb. Çünki əllərində olan cədvəldə qayda belədir. Qaydanı dəyişmək vaxtıdır. Çunki beləcə çox sayda uşaq 4-6 yaş arası uşaqlar artıq ikinci dozasını da almış olacaq.

Ətraflı
Məcburi o demək deyil ki, gəlib evinizdə tutub edirlər. Sadəcə peyvəndsiz uşaqlar kollektivə (bağça/məktəb) buraxılmasın. Necə ki, xaricə getmək istəyərkən sizi peyvəndsiz qəbul etmirlər".

Pediatr əlavə edib ki, əgər uşaq məktəbdə kontaktda olubsa, ona peyvənd vurmaq olmaz: "O, evdə qalmalıdır. Heç olmasa, 14 gün nəzarət edirik ki, əlamətlərin ilk olanlarını da görə bilək.
Analizlə yoxlamağa cəhd etməyin. Çünki analizdən ötrü harasa getməlisiniz. Qızılca isə sürətlə yayılan xəstəlikdir. Ətrafda 15 nəfərə birdən keçə bilir.
Ona görə sinfində xəstəlik olan məktəblərdə dərslər onlayn olmalıdır".

A.İsmayılzadə peyvənd olunmayan amma siyahıda peyvəndlənmiş kimi qeydiyyata alınan uşaqlarla bağlı suala da cavab verib: "Siz, əlbəttə, bunu heç kimə sübut edə bilməzsiniz. Həmin həkimləddən dünyada olmayanı da var. Ancaq bu necə həll olunar bilmirəm. Çünki yazılıbsa, onlara sual verilə bilər ki, bir də niyə vaksin vurdurursan? Bunu artıq bu baş verən poliklinika həll etməlidir.
ÜST bildirir ki, 15 yaşına kimi uşaqlara peyvənd vurula bilər. Amma say hesabı buna cavab vermir. Yəni poliklinikalarda həm 6 yaşına kimi, həm də 15 yaşa kimi uşaqlara çatacaq qədər peyvənd olmaya bilər. Deyilənə görə, dekabrın əvvəlində böyüklər üçün nəzərdə tutulan iki komponentli ( qızılca + məxmərək) QM peyvəndi gəlir. 12 yaş üzəri uşaqlara da bundan etdirə bilərsiniz".

Hamilə olan və ana olmağı planlaşdıran şəxslərə də vaksin tövsiyəsi verib: "Hamiləlik zamanı qızılcaya qarşı peyvənd olmaz. Peyvənd vurulduqdan uç ay sonraya isə hamiləlik planlaşdırıla bilər. Qızılca əleyhinə peyvənd ölü peyvənd deyil deyə ilk 21 gun ərzində xəstəliyin yüngül əlamətləri də görünə bilər. Həm də qızılca peyvəndi tək deyil. Ora həm də məxmərək və parotit əleyhinə peyvəndlər daxildir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu