Vətəndaşların kommunal problemlərlə bağlı müraciətlərinə baxılması elektronlaşdırılır


“ASAN müraciət” informasiya sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə, operativ surətdə “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarına göndərilməsini və istifadəçi tərəfindən həmin müraciətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edəcək.


APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.

“ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

AMİS-dən istifadə ödənişsiz olacaq.

“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların
SİYAHISI




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu