"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində sabah iş olmayacaq


Növbədənkənar prezident seçkiləri ilə əlaqədar sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.


Vətəndaşlar həmin gün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə hazır sənədlərin götürülməsi ilə əlaqədar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri 08:00-19:00 arasında iş rejimi olacaq. Digər regional "ASAN xidmət" mərkəzləri isə 08:00-18:00-da olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu