"Tinder" Rusiya bazarını tərk edir


"Tinder" tanışlıq xidmətinin sahibi olan "Match Group" bu yay Rusiyadan çıxışını tamamlayacaq.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, ruslar "Visa" və "Mastercard"ın getməsi səbəbindən "Tinder"ə abunə haqqını ödəməkdə çətinlik çəkirdilər. Amerika şirkəti "Match Group" "Tinder", "Match.com" və "Ok Cupid" daxil olmaqla bir neçə məşhur tanışlıq xidmətlərinə sahibdir.

"Match Group"un illik hesabatında qeyd edilir ki, şirkət Rusiya bazarından çəkilməsini 30 iyun 2023-cü ilə qədər başa çatdıracaq. Bu vaxta qədər "Match Group" xidmətləri, o cümlədən "Tinder" Rusiyadan olan istifadəçilərə girişi məhdudlaşdıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu