Vikipediya Pakistanda bloklanıb


Pakistanda Vikipediya resursu bloklanıb.


AFN.az xəbər verir ki, buna səbəb Vikipediya resursunun Pakistan hakimiyyətinin "küfr" məzmununu silmək tələblərinə əməl etməməsi olub.

Ölkənin Telekommunikasiya İdarəsi resursa “küfr məzmunu”nu silmək üçün 48 saat vaxt verdiyini, lakin tələbin yerinə yetirilmədiyini açıqlayıb. Pakistan yetkililəri bildirirlər ki, resursda İslamı təhqir edən məqamlar var. Hansı ki, bu əmələ görə ölkədə ölüm cəzası var.

2010-cu ildə Pakistan YouTube-u da küfr məzmunlu paylaşımlarına görə bloklayıb. 2020-ci ildə ölkədə Tinder tanışlıq xidmətini əxlaqsız məzmunu səbəbindən bloklayıblar. “Facebook” 10 ildən artıqdır ki, Pakistanda bloklanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu