Rusiyada "Euroclear"a qarşı 2 milyard dollarlıq iddia qaldırılıb


Rusiyanın aktivlərin idarə edilməsi şirkəti "Pyervaya" dünyanın ən böyük xarici mərkəzi kastodianı olan "Euroclear Bank"a qarşı 184,8 milyard rubl (2 milyard dollar) dəyərində təzminat iddiası qaldırıb.


AFN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva Arbitraj Məhkəməsinin sənədlərində yer alan məlumata görə, sanksiyalar nəticəsində dondurulmuş aktivləri ilə bağlı "Pyervaya" şirkəti "Euroclear Bank"a qarşı iddia qaldırıb.

"Pyervaya"nın "Euroclear Bank"dan 184,8 milyard rubl tələb etdiyi iddiada, təzminat məbləğinin necə müəyyən edildiyinin təfərrüatları yer almayıb.

1996-cı ildən Rusiyada "Sber Asset Management", sonra isə "Pyervaya" adı ilə fəaliyyət göstərən şirkətin idarə etdiyi aktivlərin dəyəri 2022-ci ilin sentyabrına 1,44 trilyon rubl təşkil edib.

"Euroclear Bank" Qərb ölkələrinin sanksiyalarına görə Rusiya dövlətinin və şirkətlərinin aktivlərini dondurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu