"Euroclear" Rusiyanın dondurulmuş aktivlərindən 734 milyon avro qazanıb


Qərbdə bloklanan Rusiya aktivlərinin saxlanması ilə məşğul olan Avropa depozit təşkilatı "Euroclear" sanksiyalardan qazandığı gəliri açıqlayıb.


Qurum dondurulmuş Rusiya vəsaitlərindən böyük məbləğdə gəlir götürüb. "Euroclear" bloklanmış Rusiya aktivlərinə sərmayə qoymaqdan birinci rübdə 734 milyon avro gəlir əldə edib. Onun bu dövr üçün xalis mənfəəti 796 milyon avro təşkil edib. "Qərbin sanksiyaları maliyyə nəticələrinə əhəmiyyətli töhfə verdi. Bunları nəzərə almasaq, əsas xalis gəlir 256 milyon avro idi" - deyə şirkətin açıqlamasında bildirilir.

Depozitar qiymətli kağızları saxlayan və onların mülkiyyət hüquqlarının uçotunu aparan fond bazarının iştirakçısıdır. Avropa depozitarları 2022-ci ildə NSD-dən olan rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəni dayandırıblar. Qərbdə 300 milyard avroya yaxın Rusiya vəsaiti dondurulub. "Euroclear" gəlirini məhz onlardan alıb. Depozitar vəziyyət dəqiqləşənə qədər bu qazancı bölüşdürməyəcəklərini vurğulayıb.

Təşkilat onu da qeyd edib ki, Avropa Komissiyası bu cür investisiyalardan əldə olunan gəlirin Ukraynaya kömək üçün istifadə edilməsi imkanlarını nəzərdən keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu