Yaponiyada "Epsilon S" tipli raket mühərriki partlayıb


Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus "Epsilon S" tipli kiçik raket mühərriki sınaq zamanı partlayıb.


Agentliyin açıqlamasına görə, JAXA "Epsilon S" raketini Şimali Akita əyalətindəki Noshiro Test Mərkəzində sınaqdan keçirib.

İkinci mərhələ mühərrik sınağına təxminən bir dəqiqə qalmış "Epsilon S" tipli raketin mühərriki partlayıb.

Yerli mediada yayılan görüntülərdə alovların sınaq mərkəzindən yüksəldiyi və binanın damının uçduğu görülüb.

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin rəsmisi raket mühərrikinin partlaması zamanı xəsarət alanların olmadığını açıqlayıb.

Rəsmi Kyodo agentliyi bildirib ki, uğursuz sınaqdan sonra JAXA "Epsilon S" tipli raketin buraxılışını 2024-cü maliyyə ilinə təxirə salıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu