Yaponiya 29 ildə ilk dəfə uğursuzluğa düçar oldu


Yaponiyada 29 ildə ilk dəfə olaraq daşıyıcı raketin buraxılışı uğursuzluqla başa çatıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, H3 raketi buraxılış meydançasından qopa bilməyib. Şanssız olaydan sonra Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) YouTube kanalında canlı yayım dayandırılıb. Agentliyin mütəxəssisləri raket daşıyıcısının əsas mühərrikinin normal atəş açdığını, lakin nədənsə yerdən qopmadığını deyiblər.

Hadisənin səbəbi, sürətləndiricilərin nəzərdə tutulan vaxtda işə başlamamasının səbəbi dəqiqləşdirilir. Hazırda raketin işə salınması təxirə düşüb. H3 daşıyıcı aparatı dörd tondan altı yarım tona qədər olan yükləri kosmosa çatdırmaq üçün nəzərdə tutulmuş yeni nəsil ağır sinif raketlərinin nümayəndəsidir. Bundan əvvəl raketin buraxılışı uyğun olmayan hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu